Aprelin 3-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin iclasında kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin sədri postuna namizədliyi təqdiq edilib
və Milli Məclisin plenar iclasında təsdiqlənmək üçün tövsiyə edilib. Bu barədə Turan-a ölkə parlamentindəki mənbələr bildiriblər. Kərimov Ali Məhkəmənin hakimi təsdiqləndikdən sonra dövlət başçısının onu ölkənin ali məhkəmə instansiyasının sədri təyin edəcəyi gözlənilir. Ramiz Rzayev yaş həddilə əlaqədar bu postu tərk etdikdən sonra Ali Məhkəmənin sədri vəzifəsi vakant idi. 46 yaşlı Kərimov Sorbonna və Strasburq universitetlərində hüquq təhsili alıb, lakin əvvəllər məhkəmə orqanlarında çalışmayıb. O, Prezident Administrasiyasında baş məsləhətçi olub, Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri vəzifəsini tutub. 2018-ci ildə kənd təsərrüfatı naziri təyin edilib.
İnam Kərimov ASAN Xidmətə rəhbərlik edib.
Təbrik edirik. İnanırıq ki, o, Ali Məhkəmənin Ramiz Rzayevin özü ilə apardığı hörmətini geri qaytara biləcək.
A.Məmmədli