booked.netbooked.net booked.net  

Məlumdur ki, 2020-ci nil yanvarın 1-dən etibarən Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmağa başlanılıb...

Məlum olur ki, dövlət tibb müəssisələrində vətəndaşlara tibbi xidmətlərin göstərilməsi üçün də səhiyyə sisteminə dövlət büdcəsindən vəsait ayrılır. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra isə dövlət tibb müəssisələrinin maliyyələşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən aparılır. İcbari tibbi sığorta haqqı ödəyən vətəndaşa (sığortaolunan) göstərilən tibbi xidmətlərin müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə vəsait ödənilir. Bununla da Agentlik tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət etməklə əhali üçün tibbi xidmətlərə əlçatanlığı təmin edir... Eləcə də hər bir vətəndaş sığortalı olub-olmamasından asılı olmayaraq, tibbi yardıma ehtiyacı olduqda, ailə həkiminə, daha sonra isə tibb müəssisələrinin təcili tibbi yardım şöbələrinə müraciət edə bilir.

Beləliklə, TƏBİB-in əhaliyə pulsuz tibbi xidmət fəlsəfəsinin mahiyyətində isə ölkə vətəndaşlarına lazımi səviyyətə bütün tibbi xidmətin göstərilməsi dayanır. Bunu "Təzadlar"ın əməkdaşlarının bir neçə dəfədir tibb müəssisələrində apardıqları müşahidələr də təsdiqləyir.
Bunlar çox yaxşı. Bəs əhaliyə pulsuz tibbi xidmət göstərən həkimlərimizin necə, məvacibində dəyişiklik varmı? Müşahidələr göstərir ki, icbari tibbi sığorta xətti ilə tibbi xidmət göstərilənədək xəstə sarıdan, necə deyərlər, gözü qapıda, qulağı səsdə olan həkimlərin indi baş qaşımağa belə vaxtı yoxdur... Xəstələr isə hesab edir ki, artıq həkimlərin maaşı pul -para sarıdan başdan aşır... 

"Təzadlar" ın əməkdaşları ötən gün iki tibb müəssisəsində həkimlərlə anonim olaraq söhbət edib. Söhbətimiz anonim olduğundan həm xəstəxanaların, həm də həkimlərin adını çəkməyi lazım bilmirik, peşə etikası da bunu istisna edir. Amma məlum olur ki, həkimlərin maaşı əvvəlki illərdə olduğu kimi dəyişməz olaraq qalmaqdadır. Axı mövcud tətbiqlərə görə, Dövlət pulsuz xidmətin əvəzində sığorta məbləğini TƏBİB-ə və deməli, aidiyyəti tibb müəssisəsinə ödəyir. Bəs niyə həkimlərin maaşı göstərilən tibbi xidmət auditoriyasına görə dəyişmir?

Sualı hələki tərəfimizdən cavabsız qoyuruq. Çünki cavabı TƏBİB-in rəhbər şəxslərindən gözləyirik. Bunun üçün qurumun elektron poçtuna sualımızı göndərmişik...

Əlavə məlumat veriləcək.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN