...10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanat Laçın buraxılış məntəqəsinin fəaliyyətindəki hüquqi əsasları aydın şəkildə müəyyən edir... Tanınmış ekspert və QHT rəhbəri Sahib Məmmədov bu əsasları izah edərək deyir: "10 noyabr bəyanatında əla bir müddəa var (6.3.) "Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir" Məsələnin hüquqi tərəfinə getsən bu müddəadakı "vətəndaşların" ifadəsi bir neçə məsələyə nöqtə qoyur. 1. Ermənistana təhlükəsiz gediş və gəliş anacaq Azərbaycan vətəndaşları olan şəxslərə aiddir 2. Əcənəbi (məsələn Ermənistan vətəndaşı) və ya vətəndaşlığı olmayanlara isə Azərbaycanda olmanın qanunvericilikdə nəzərdə
tutulan 3 formasından biri tətbiq edilə bilər. Müvəqqəti olma (vizasız ölkələrdən 90 günədək, viza olınması tələb olunan ölkələrdən viza müddətində, ancaq 90 gündən çox olmayaraq), müvəqqəti yaşama və daimi yaşama. Bunun üçün isə əsaslar olmalıdır. Bu əsaslar da Miqrasiya Məcəlləsinə göstərilib. 3. 1992-ci ilin yanvar ayının 1-nə qədər Azərbaycanda yaşamış erməni mənşəli əhali və onların övladları ASAN mərkəzində (ASAN mobili də göndərmək olar) vətəndaşlığını bərpa etməklə, istədikləri vaxt qonşu dövlətə gedib qayıda bilər. Sonradan gələnlər (məsələn yerli şəxslə nikaha girənlər) naturalizasiya prosesini keçməlidir. Digər sərhəd-keçid məntəqələrindən fərqli olaraq gəlib getmək üçün hər hansı əsas tələb olunmur, gömrük nəzarəıti və gömrük rüsumu ödənilmir, hətta xarici pasport belə tələb olunmur. Amma hələlik...".
Bəli, beynəlxalq hüquqi dildə desək, ermənilər ya bu şərtlərlə razılaşmalıdır, ya da, Prezident İlham Əliyevin təbirincə desək, separatçılıq niyyətinə düşənlər rədd olub Azərbaycan ərazilərindən getməlidirlər... Bu tələbin və şərtin isə alternativi yoxdur...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN