booked.net booked.net  

Tezadlar.az saytının ötən gün yayımlanmış "YASAMALDA MÜSTƏNTİQİN OĞRULARI “AÇ –BURAX!” TEXNOLOGİYASI" yazısına Daxili İşlər Nazirliyindən cavab gəldi... Nazirliyin sektor rəisi Nurlan Əliyevin redaksiyanın elektron poçtuna göndərdiyi cavab məktubunda deyilir: "Vətəndaş Q.Yusifov kürəkəni O.Rzayevə məxsus "Daewoo Gentra" markalı avtomobilin oğurlanması barədə polis orqanına müraciət edib. Yasamal RPİ 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə cinayət işi başlanılıb.  Araşdırmalarla M.Əhmədovun avtomobili evakuatorla Abşeron rayonu, Atyalı qəsəbəsinə aparması müəyyən olunub.  Polis orqanı tərəfindən M.Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal rayon Prokurorluğuna verilən vəsatətin müdafiəsindən  imtina edildiyindən onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir".
Təqdim etdi: ELBAR
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN