booked.netbooked.net booked.net  

 

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Elmi Şurasında dekan Zaur Əliyevlə Professor Kamil Səlimov arasında BDU-nun tarixində rast gəlinməyən qalmaqal baş verib...

 “Hörmətli “Təzadlar”!

Sizə inanırıq və xahiş edirik, Cənab Prezident İlham Əliyevə ünvanlı bu müraciətimizi dərc edəsiniz...”

Bu sözlər Bakı Dövlət Universiteti hüquq fakültəsinin onlarla müəllim və professoru adından “Təzadlar” qəzetinin elektron poçtuna daxil olmuş müraciətdəndir. Müraciətdən məlum olur ki, Kafedranın bir sıra professor və elmlər doktorları, müəllimləri Prezident İlham Əliyevə müraciət edərək BDU- nun dekanı vəzifəsinə 1 il əvvəl seçilmiş Zaur Hümbət oğlu Əliyevin hüquq fakültəsində idarəedilməz və xoşagəlməz mühit yaratmasının qarşısının alınması üçün kömək istəyirlər. O da məlum olur ki, 28 aprel 2023-cü il tarixdə isə Zaur Əliyev fakültənin Elmi Şurasında tanınmış professor, hüquq elmləri doktoru Kamil Səlimovu korrupsioner və digər qanunsuz əməllər sahibi kimi üstünə qışqırıb, yaranmış qalmaqal nəticəsində Elmi Şuranın iclası pozulub. Sitat: “Cənab Prezident! Təxminən 1 il əvvəl BDU- nun hüquq fakültəsinə dekan seçilən Zaur Əliyevin bu vəzifəyə təyin edildiyi gündən dekanlıqda və fakültədə yaratdığı narazılıq, qalmaqal qarşısı alınmaz haldadır. Hüquq sahəsində heç bir elmi məqaləsi, monoqrafiyası və dərs vəsaiti olmayan Zaur Əliyevin necə dekan seçilməsini qoyuruq bir kənara. Lakin o özü açıq və qalmaqallı, qıcıq yaradan şəkildə deyir ki, “Mənim sözümün qabağına söz deyilə bilməz!”. Bunun nəticəsi olaraq aprelin 28-də heç bir elmi dərəcəsi olmayan Zaur Əliyev Hüquq Fakültəsinin Elmi Şurasında bir sıra dünya ölkələrində belə tanınan professor, hüquq elmləri doktoru Kamil Səlimovun korrupsiya və rüşvətxorluqla, digər qanunsuzluqlarla məşğul olması, eləcə də bu kimi əməllərə qurşandığını deyərək Elmi Şuranın işini pozmuş oldu. Nəticədə qarşıdurma yarandı, tərəflərin söz davası qaçılmaz idi. Ona qəti etiraz edənlərin çıxışından sonra isə vəziyyət kritik hal aldı. Belə narazı hallar isə fakültədə tez- tez baş verir... Biz professor və müəllimlər anlaya bilmirik ki, kafedrada onlarla tanınmış elm xadimləri, professor və elmlər doktorları ola - ola, Zaur Əliyev necə belə bir nüfuzlu fakültənin dekanı seçilə bilərdi? Kollektivdə artıq heç bir hörməti olmayan, əvvəldən də özü tərəfindən fakültədəki müəllim və professorları tanımayan, 1 saat da olsun inzibati vəzifədə olmayan bir gənc, rektorun xahişləri və təkidi ilə dekan seçilsə də, fakültədə idarəetmədə xoşagəlməz vəziyyət hökm sürür, bu isə böyük nüfuzu olan fakültədə tədris prosesinə ciddi mənfi təsir edir. Hüquq fakültəsinin kollektivi BDU-nun keçmiş rəhbərliyinin dövründə olan korrupsiya şəbəkəsinin dağılmasını gözləyirdi. Hər şey əksinə oldu. Belə çıxır ki, Zaur Əliyev həmin şəbəkənin üzvləri ilə həmrəylik nümayiş etdirir, əvvəlkindən də biabırçı vəziyyət yaranmaqdadır. Həm idarəetmədə səriştəsizlik, həm də digər xoşagəlməz halların baş verməsi kollektivi ciddi narahat etməkdədir. Əsl elm adamları artıq beziblər, hətta Universiteti tərk etmək istəyirlər. Əsas səbəb də ondadır ki, Zaur Əliyev bu kollektivdə bircə il müəllim işləmiş olsaydı, fakültənin ab-havasından xəbərdar olardı, kimin korrupsioner və ya tutduğu vəzifəsindən sui-istifadə etməsini bilərdi. Odur ki, onun Kamil Səlimov kimi vicdanlı, təmiz, zəhmətkeş elmi fəaliyyəti ilə ad çıxarmış professora qarşı atdığı son addımını qınayırıq. Bunlar müəmmalıdır və belə səbəblərdəndir ki, Zaur Əliyev kafedralarda kimləri istəyir aşağılayır, əsassız ittihamları ilə fakültənin işini pozur, narazılıqlar yaradır, tədris prosesini heçə endirir. Biz xahiş edirik, Zaur Əliyevin barəsində ciddi tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıq vetəsiniz.

Hörmətlə: BDU-nun Hüquq fakültəsinin bir qrup professor və müəllimləri”

7973f310-ab6b-4c27-9be0-a946a378935e

Redaksiyadan: Qeyd olunan müraciətdə Z.Əliyevə qarşı ciddi ittihamlar səsləndirildiyindən qarşı tərəflərin mövqeyini öyrənməyə çalışdıq. Təəssüf ki, həm professor K.Səlimov, həm də Zaur Əliyev zəngimizə cavab vermədilər. Lakin fakültənin Elmi Şurasının üzvlərindən bir neçəsi ilə əlaqə saxladıq, baş verənlər barədə onların rəyini öyrəndik... Həmsöhbətimiz olan professorlar fakültənin Elmi Şurasında baş vermiş məlum dava səviyyəli qalmaqalı təsdiqlədilər... Dekan Zaur Əliyevin də mövqeyini təqdim etməyə hazırıq.

SONDA: Əliyev Zaur Hümbət oğlu 29 yanvar 1980-ci ildə Bərdə şəhərində anadan olub.1996-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi, 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib... Lakin internet resurslarında onun hüquq elmi sahəsində hansısa elmi dərəcəsinin olmasına rast gəlmədik.

“Təzadlar”ın Araşdırma Qrupu

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN