Suriyada baş verən zəlzələdən təxminən üç ay sonra xilasedicilər tərəfindən ciddi şəkildə arıqlamış, lakin sağ olaraq qalmış cavan bir kişi dağıntılar altından çıxarılıb.

Suriyanın “Akhbar.fouri” portalı sifətini qalın saqqal və bığ basmış, çox arıq bədənli bir kişinin xilas edilməsinin görüntülərini internetdə yayıb.

Qeyd edək ki, onun 3 ay ərzində qidalanmadan necə sağ qaldığı barədə məlumat verilmir.

 Məlum olub ki, xilas edilən şəxs müşahidə və reabilitasiya üçün həkimlərə təhvil verilib.

***

Qeyd edək ki, mütəxəssislərin fikrincə, insanın təbii fəlakətlər zamanı hava və suya çatımlılığı sağ qalması üçün çox vacib şərtdir. Bu həm də yaralanma səviyyəsinə də bağlıdır.

İnsanın qidaya deyil, suya olan dözümünün isə cəmi 1 həftəyə yetdiyi bildirilir.

Lakin Türkiyədə baş verən həmin dəhşətli zəlzələdən 296 saat sonra da 3 nəfər xilas edilmişdi. Və ola bilsin ki, həmin şəxslər bir müddət qidaya və suya yaxın ola biliblər. Suriyada baş verən hadisə isə möcüzə kimidir. Və yəqin ki, yaxın zamanda həmin şəxs sağ qalması ilə bağlı ictimaiyyətin eşitmək istədiyi detalları açıqlayacaq. Bu, tibb elmi üçün də maraqlı yenilik ola bilər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş vermiş və bu, irimiqyaslı dağıntılara səbəb olmuşdu. 50 mindən çox insan təbii fəlakətin qurbanı olub. Türkiyədə baş verən zəlzələdən sonra Suriyada da dəhşətli zəlzələ baş verib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN