"Gürcü Arzusu" partiyasının deputatları İrakli Zarkua və Viktor Sanikidze Tbilisiyə qayıdıblar.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata əsasən, onlara Əbu-Dabi hüquq-muhafizə orqanları tərəfindən 80 min dollar məbləğində cərimə tətbiq edilib. Xatırladaq ki, 13 yanvar tarixində Əbu-Dabidə "Gürcü Arzusu" partiyasının deputatları İrakli Zarkua, Viktor Sanikidze və Qela Samxarauli vətəndaş fəalı Laşa Qabitaşvili ilə aralarında fiziki qarşıdurma yaşanıb. Hadisə bir otelin yeməkxanasında baş verib.