Rusiyanın Ukrayna ərazisindəki ədalətsiz və işğalçı müharibəsi davam edərkən rəsmi Kreml Ukraynaya referendum tələsi planlaşdırmaqdadır...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin müharibə vəziyyətinin hökm sürdüyü bölgələrdə seçki və referendumun keçirilməsinə icazə verən qanun imzalayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata əsasən, MSK adıçəkilən bölgələrdə seçkilərin təyin edilməsi ilə bağlı yekun qərarı Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə məsləhətləşmələrdən sonra verəcək. Bildirilir ki, qanunvericiliyə dəyişikliklər sentyabrda Rusiyanın yeni "regionlarında" seçkilərin keçirilməsinə, orada hökumətin qanunverici orqanlarının və bələdiyyələrin nümayəndəlik orqanlarının formalaşdırılmasına imkan verəcək. Xatırladırıq ki, Putin, 2022-ci il sentyabrın sonunda Ukraynanın dörd vilayəti olan Donetsk, Luqansk, Zaporojya və Xerson rayonlarının ilhaqına imza atıb və sentyabrın 19-da bu bölgələrdə müharibə vəziyyəti elan edib.

Müharibə isə davam edir. Rusiya KİV-ləri Rusiyanın faktiki olaraq uduzduğu bu müharibəni əks tərəfdən təbliğ edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN