Vaşinqton inanır ki, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi Azərbaycanın tərkibində təmin oluna bilər...
Tezadlar.az Turan-a istinadla bildirir ki, ABŞ-ın Yerevandakı səfiri Kristina Kvin Ermənistanın İctimai Televiziyasına müsahibəsində belə deyib. Sitat: "Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi qorunmalı, danışıqlar aparılmalıdır, onun nəticələri region sakinlərinin hüquq və təhlükəsizliyini müdafiə edəcək... Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağdakı adamlar özlərini öz evlərində, öz mühitində təhlükəsiz hiss etməli, dinc ailə həyatı qurmaq imkanlarına malik olmalı və öz icmalarında iştirak etməlidirlər. Buna görə də ABŞ inanır ki, nizamlanma üzrə danışıqlar çərçivəsində sözügedən prinsiplər təmin edilməlidir".
“Bakı və Xankəndi arasında dialoqun təşkili mümkündürmü?” -sualının cavabında isə diplomat bildirib ki, istənilən müzakirə və danışıqlar sülh yolu ilə nizamlanmaya nail olmaq üçün doğru yoldur.?.
Bakı və Yerevan arasındakı danışıqlarda Rusiyanın roluna toxunan amerikalı diplomat "Ukraynadakı təcavüzkar hərəkətlərinə görə" Kremli "etibarsız tərəfdaş" kimi görür.
Bununla da Vaşinqton hesab edir ki, Qarabağ ermənilərinin hüquqları məsələsi Azərbaycanın tərkibində həll olunmalıdır və onlar yerli icmalar səviyyəsində idarəçiliyə cəlb oluna bilər.
Rəsmi Bakının da, əslində, prinsipi budur: Qarabağa 1828-ci ildə və sonralar İran və Türkiyədən, Rusiyadan... köçürülən ermənilər indi Azərbaycanın bayrağı altında yaşaya bilər... Amma gərəkdir ki, özlərini erməni kimi yox, Azərbaycan vətəndaşı kimi aparsınlar...
"Təzadlar"