Tbilisidə müxalifət partiyaları və tərəfdarları müxtəlif şüarlarla etiraz yürüşü keçirirlər.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, yürüyüş həm "Marcanişvili" meydanından, həm də “Dövlət Universiteti” metrostansiyasından başlayıb. Aksiya iştirakçıları əllərində Gürcüstan və Avropa İttifaqı bayraqları ilə “Oyan Gürcüstan”, "Yaşasın Gürcüstan", “Rusiya seçkilərinə yox” kimi şüarlar səsləndirərək, yürüşə davam edirlər. Aksiya iştirakçıları Prezidentin yerləşdiyi Orbeliyani sarayına gələrək, burada müxtəlif çıxışlar ediblər.
Qeyd olunub ki, ölkədə yeganə müstəqil qurum Prezident İnstitutudur. Onlar həmçinin Orbeliyani sarayının yaxınlığında səsgücləndiricilər vasitəsilə Gürcüstanın və Avropa İttifaqının dövlət himnini səsləndiriblər. Etiraz yürüşünün iştirakçıları Prezident administrasiyasında dayandıqdan sonra Rustaveli prospekti ilə Filarmoniya istiqamətində hərəkət edəcəklər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN