"Ötən gün Donald Trampın baş müşaviri Brayan Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər ABŞ-nin seçilmiş prezidentinin mövqeyini əks etdirmir"

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə “Reuters” agentliyi Trampın keçid komandasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb. “Brayan seçki kampaniyasında işləmək üçün işə götürülmüşdü”, – deyə agentlik Tramp qərargahının nümayəndəsinin sözlərini sitat gətirir. “O, prezident Tramp üçün işləmir və onun adından danışmır”.

Xatırladaq ki, bundan əvvəl Lanza BBC-yə deyib ki, Ukrayna ərazilərin qaytarılması barədə düşünmək əvəzinə, Trampın Rusiya ilə “realist dünya görüşünü” qəbul etməlidir.
 Müşavir həmçinin vurğulamışdı ki, Trampın gələcək administrasiyası Ukraynanın əks-hücum imkanlarını təmin etmək əvəzinə, məhz sülhə nail olmaq məsələsinə diqqət yetirəcək. 

Bu isə o deməkdir ki, ABŞ-n Ukrayna məsələsində mövqeyi dəyişməz qalacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN