ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Isveçin NATO-ya üzvlüyünün vacibliyindən danışıb.

Belə ki, bu ay keçiriləcək olan NATO sammiti öncəsi Türkiyənin xarici işlər naziri Fidan Hakanla söhbətində ABŞ dövlət katibi Entoni Blinken Ankaranın İsveçin alyansa daxil olmasına dəstəyinin vacibliyini qeyd edib, həmçinin müdafiə bloku üzvlərini belə kritik vaxtda bir araya gələrək birlik olmağa çağırıb.

Bu barədə Dövlət Departamenti bildirib.

Diplomatik qurumlarn rəhbərləri arasında söhbət Vilnüsdə keçiriləcək NATO sammiti ərəfəsində baş tutub. Dövlət Departamenti əlavə edib ki, tərəflər Qara dəniz taxıl təşəbbüsünün genişləndirilməsinin vacibliyini də qeyd ediblər.

Qeyd edək ki,  bugün Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli toplantı keçiriləcək.

Türkiyəni xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.

 İclasda iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin üzvlük məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, mətbuat xidmətinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığında bu məsələ ilə bağlı mövqeyini bildirib.

Qeyd edilir ki, Ərdoğan baş nazirin diqqətinə çatdırıb ki, İsveç terrorla mübarizə qanunlarına dəyişiklik etməklə düzgün istiqamətdə addımlar atıb, lakin bu fonda PKK tərəfdarlarının terroru təbliğ edən hərəkətləri sərbəst şəkildə aparması bu addımları faydasız edir.

Türkiyə lideri Almaniya kansleri Olaf Şoltsla söhbəti zamanı da eyni məzmunlu iradlarını bildirib və terror təşkilatına vəsait ayrılmasını qəbuledilməz adlandırıb.

Göründüyü kimi, İsveçin NATO-ya üzvlüyü heç də asan olmayacaq. Çünkü o əvvəlcə Türkiyəyə verdiyi sözü tutmalı və haqlı tələblərini yerinə yetirməlidir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN