Rusiyanın bütün etirazlarına və hətta müharibəyə əl atmasına baxmayaraq, Ukraynanın NATO- üzvlüyü reallaşır...

Belə ki, "Ukrayna NATO üzvlüyünə layiqdir”, deyənTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında əlavə edib: Sitat: "...Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik... Biz Ukrayna ilə də münasibətimizi əməldə nümayiş etdirmişik. Ümid edirik ki, ötən il İstanbulda imzalanan və iyulun 17-də vaxtı başa çatacaq “Taxıl sazişi”nin müddəti uzadılacaq. Baş verənlərə baxmayaraq, Türkiyə ilə Ukrayna arasında dostluq hər mənada güclənib. Ukrayna xalqı öz ölkəsinin ərazi bütövlüyünü və müstəqilliyini müdafiə edir”.

Tezadlar.az TRT-Haber-ə istinadla bildirir ki, Zelenskinin Türkiyəyə bu səfəri və ardınca təxminən bir ay sonra Rusiya prezidenti Putinin Türkiyəyə səfəri iki ölkə arasındakı müharibənin dayandırılacağına doğru şanslı addımdır. Beynəlxalq ekspertlərin isə sosial media hesablarındakı statusları da təsdiqləyir ki, bu səfərlər 3 ölkə rəhbəri ilə əvvəlcədən razılaşdırılıb. Çünki bu müharibə uzun müddətə davam edərsə, ilk növbədə Rusiyanın ziyanınadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN