Məlum okduğu kimi, iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukrayna alyansa üzv ölkələrdən dövlətin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.
Tezadlar.az bilditir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində deyib. Ukrayna dövlətinin başçısı qeyd edib ki, əks halda o, Litvanın paytaxtına səfər üçün heç bir səbəb görmür, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”. "Ukrayna NATO-da olmadığı müddətdə aydın təhlükəsizlik zəmanəti almalıdır. Yalnız bu şərtlər daxilində görüşümüz məna kəsb edəcək. Əks halda, bu, növbəti siyasi gedişdir. Biz həm də tərəfdaşlarımıza sammit öncəsi müəyyən nəticələrə gəlməyə kömək etmək üçün çalışırıq”.
Onu da deyək ki, Ukrayna kasetli bombalar alacaq və artıq bir çox ölkələr buna razı olub. Lakin Ukrayna bu bombalardan Rusiya ərazisində istifadə etməyəcəyinə dair öhtəlik götürüb.
A.Məmmədli