Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.

Tezadlar.az Ria - Novosti- yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib. Sitat: 

“Həmsöhbətlər 2022-ci il iyulun 22-də Ukrayna ərzaq məhsullarının ixracı ilə bağlı Qara dəniz təşəbbüsünün dayandırılmasından sonra bağlanmış İstanbul sazişləri ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər. Bundan əlavə, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetirilib”, - məlumatda qeyd olunub. Hər iki tərəf “qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını” qeyd edib.

Qarabağda isə nizamlanma prosesi davam edir, terrorçular tərkisilah olunur, bir qismi Ermənistana rədd olub gedir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN