Ötən gün TezadlarTV- nin Qarabağ Universiteti ilə bağlı efirə gedən verilişi böyük ictimai marağa səbəb olub... Hərbi jurnalist Ədalət Teymurov özünün sosial media platformasında bu barədə yazlr: ""Təzadlar" TV-nin Xankəndi universiteti ilə bağlı hazırladığı süjeti izlədim. Əlbəttə, işğaldan azad edilən hər bir rayonda, şəhərdə ali təhsil müəssisəsinin açılışı müsbət addımdır. Professor Raqub Kərimovun çıxışı da maraqlı idi. Ancaq həqiqət budur ki, sovet dövrü Azərbaycanda yaşayan ermənilər üçün hər cür qayğı göstərilirdi. Onların təminatına xüsusi diqqət yetirilirdi. Və ermənilərə qayğı göstərildiyi halda, təəssüf ki, Dağlıq Qarabağın kəndlərində yaşayan Azərbaycan vətəndaşlarına heç bir qayğı göstərilmirdi. Rəhmətlik, xalq yazıçısı Bayram Bayramovun rəhbərliyi altında Qarabağa Xalq Yardımı Komitəsinin əməkdaşları regionda yoxlamalar apararkən dilini unutmuş, donuzxanalarda işləyən, hətta orta məktəbdə belə təhsildən kənarda qalan azərbaycanlı ailələrlə rastlaşırdıq... Vilayət partiya komitəsinin birinci katibi Kevarkovun ixtiyarına buraxılmış Dağlıq Qarabağ ermənilər üçün bir cənnət, azərbaycanlılar üçün cəhənnəm idi. Azərbaycan büdcəsinin böyük bir hissəsi bölgədəki ermənilərə xidmət edirdi. Bakı-Xankəndi qatarı da ermənilərə göstərilən qayğının təzahürü idi. İndi bəlkə də Xankəndində Universitetin yaradılmasına azacıq tələsmək lazım deyildi. Biz ilk növbədə Ağdam və Şuşada bu universitetləri yaratmalıyıq. Xankəndini isə, hələlik hərbi qornizon kimi saxlamalı, oradakı erməniləşdirilmiş və saxtalaşdırılmışları  sona kimi yeniləməli idik. Əhalini genişləndirilmiş Ağdam şəhərində də məskunlaşdırmaq olar. Belə etsək ermənilərin illərlə ağzından düşməyəcək "arsax-poxsaq" iddialarına da son verə bilərdik. Dəniz mayakları uçub-dağılsa da gəmilər üçün həmişə istiqamət göstəricisi olaraq qalır. Xankəndi də elə. Oranı başdan-ayağa azərbaycanlaşdırsaq da ermənilər üçün hər zaman ünvan tutmaq üçün yarayacaq. Ümumiyyətlə, köhnədən qalan ermənilərə aid hər şeyi silib, süpürüb atmalıyıq ki, ermənilər nə vaxtsa söykənməyə orda dayaq tapmasınlar...".
 Təbii ki, bu müəllifin subyektiv fikirləridir... Lakin söylədiyi bəzi fikirlərində həqiqətlər də var. Xüsusən də ermənilərin onlara göstərilən qayğı və diqqətdən sui- istifadə edərək, sonda Qarabağda özlərinə qondarma dövlət qurmaq arzuları barədə... 
Qarabağ Azərbaycandır!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN