Ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub.
Tezadlar.az xatırladır ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Rəsmi məlumatda deyilir: "Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir".
Allah rəhmət eləsin!