Rusiya İstintaq Komitəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqını davam etdirir.
İstintaq Komitəsinin məlumatında qeyd olunur ki, Braziliya Aviasiya Qəzalarının Araşdırılması Mərkəzində (SENIPA) Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə təyyarənin qara qutularından alınan məlumatlar araşdırılır.
Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerlərinin hava gəmisinin komandiri ilə danışıqları təhlil edilir. Kompleks aviasiya-texniki ekspertiza təyin edilib. Təyyarənin bütün sistemlərinin vəziyyəti, habelə maddi sübutlar öyrənilir.
Rusiya mediasında isə "qara qutu"nun Braziliyada şifrələnməsindən narazılıq dolu məlumatlar yazılır...
A.Məmmədli