Yanvarın 16-da Dohada İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin birinci mərhələsində 2 min fələstinli məhbusun müqabilində 33 israilli əsirin azad edilməsini nəzərdə tutulur.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumata görə, sazişin birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq. Əvvəlcə 33 girov azad ediləcək: əvvəlcə qadınlar və uşaqlar, sonra qadın əsgərlər, sonra 50 yaşdan yuxarı kişilər və “humanitar hal” kimi tanınan gənclər. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2 min məhkum terrorçunu, o cümlədən 7 oktyabr 2023-cü il hadisələrindən sonra saxlanılan minə yaxın adamı azad edəcək. Mübadilə üçün təsdiqlənmiş fələstinli məhbuslardan 250-yə yaxını ömürlük həbs cəzasını çəkir. Eyni zamanda, sövdələşmə çərçivəsində 2023-cü il oktyabrın 7-də İsrailə hücumda bilavasitə iştirak edən terrorçuların heç biri azad edilməyəcək, - qəzet qeyd edir.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yanvarın 16-da Dohada İsrail, Fələstinin Həmas hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib. Ofisdən verilən açıqlamaya görə, sazişi təsdiqləmək üçün təhlükəsizlik nazirləri kabineti, daha sonra isə tam hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN