Artıq fransızlar da Makronun yürütdüyü siyasətindən beziblər...
Belə ki, "İtaətsiz Fransa” partiyasının koordinatoru Manuel Bompar Fransa hökumətinin tezliklə istefaya gedəcəyini proqnozlaşdırıb. Tezadlar.az CNN- Türk- ə istinadla xatırladır ki, Fransa mətbuatı bu barədə açıq şəkildə yazır. Fransa Milli Assambleyasında Baş nazir Fransua Bayruya etimadsızlıq votumu ilə bağlı müzakirələr zamanı danışan Bompar isə belə deyib: “Cənab Baş nazir, bədbəxt hökumətinizin sayılı günləri qalıb. Bu hökumət süqut etdikdən sonra, “monarx” Makron da devriləcək”.
Onun fikrincə, hökumətə etimadsızlıq votumunun keçirilməsi üçün kifayət qədər səbəb var. Siyasətçi, həmçinin hökumətə etimadsızlıq votumunun xeyrinə səs vermədiklərinə görə sosialistləri də tənqid edib. Bompar onların bu hərəkətini məsuliyyətsizlik adlandırıb.
Fransada Makrona qarşı etirazlar isə artıq sadə vətəndaşlardan keçərək siyasətçilər səviyyəsinə qalxmaqdadır...