Xəbər verdiyimiz kimi, dünən AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda direktor Kərim Şükürovun sədrliyi və şöbə müdirlərinin iştirakı ilə təcili iclas keçirilib.
K.Şükürov bir sıra məsələlərə toxunub, lakin gündəliyin yaralı mövzusu 31 may 2024-cü il tarixdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Həmkarlar Təşkilatının seçkili iclası barədə olub.
"Təzadlar" xatırladır ki, növbəti seçki iclası sabah, yəni iyunun 7-də, saat 11:00- da keçiriləcək. Gündəlikdə duran əsas məsələ isə yenə də Həmkarlar Təşkilatının sədrinin seçilməsi olacaq.
Bu gün isə institutdan bir qrup əməkdaş redaksiyamıza zəng edərək reportyorumuzun sabahkı iclası izləməyi və geniş reportaj hazırlamağı xahiş ediblər. "Təzadlar"ın əməkdaşı, Qarabağ Müharibəsi veteranı E.Məmmədli "Media haqqında" Qanunun təıəblərinə uyğun olaraq ( jurnalistin sərbəst məlumat toplama və informasiya azadlığı maddələri) bununla bağlı institutun elektron poçtuna, direktor K.Şükürovun adına iştirak edəcəyi barədə məlumat göndərib. Həmçinin bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin köməkçisinə, eləcə də AMEA prezidenti, akademik İsa Həbibbəylinin vatsap nömrəsinə məlumat təqdim edib.
Elbar ŞİRİNOV