Gürcüstanın baş naziri Ukrayna hakimiyyətini "Maydan" inqilabı üzərində bərqərar olduğunu bildirdi...
"Ukrayna ərazilərinin 20%-ni itirib, yüz minlərlə insan həlak olub, iqtisadiyyat fəlakətli vəziyyətdədir, infrastruktur dağıdılıb, 10 milyona yaxın insan köçkün və ya qaçqın vəziyyətinə düşüb – bütün bunları Maydan gətirib!", - deyən Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib ki, 2014-cü ildə Ukraynada baş verən proseslərin Gürcüstan kontekstində yada salınması qətiyyən yolverilməzdir. Sitat: "Sizə xatırlatmaq istərdim ki, Maydana qədər Ukraynada vəziyyət necə idi: - Ukrayna vahid və bölünməz dövlət idi. Onun ərazi bütövlüyü, 200 milyard dollara yaxın iqtisadiyyatı var idi və sabit yüksəliş trayektoriyası üzərində idi. Bundan sonra Ukrayna ərazilərinin 20%-ni itirdi, on minlərlə insan həlak olub, iqtisadiyyat fəlakətli vəziyyətdədir, infrastruktur dağılıb, əhalinin dörddə biri – 10 milyona yaxın insan ya köçkün, ya da qaçqın vəziyyətinə düşüb, təxminən 7-8 milyon insan ölkəni tərk edib və onların 90%-i qadın və uşaqlardır. Bütün bunları Maydan gətirdi. Ukraynada bu proseslərin inkişafı üçün məsuliyyət hiss etməli olan insanlar bizi Maydanla hədələyirlər, bu, qətiyyən yolverilməzdir. Mən buna ancaq çox sərt qiymət verə bilərəm".
Zelenski hələki bu ittihamlara cavab verməyib... Amma gözlənilir...
A.Məmmədli