İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti Azərbaycanda səfərdədir. Missiyanın məqsədi erməni vəhşiliyini araşdırmaq və hesabat hazırlayaraq dünyanın eyni təyinatlı beynəlxalq qurumlarına təqdim etməkdir. Nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Heyət Ağdam, Tərtər və Gəncədə faktaraşdırıcı missiya həyata keçirəcək.

 Təəssüf ki, 30 il ərzində ermənilərin vəhşiliyinə məruz qalmış, dağıdılmış və viran qoyulmuş həmin ərazilərə yalnız indi səfərlər edilir. Bütün hallarda, belə nüfuzlu təşkilatlar işğalın ilk illərindən cəhd etsəydilər, bu qədər dağıntılar olmazdı. YUNESKO-nun belə rəsmi nümayəndə heyəti zamanında Qarabağdakı tarixi abidələrin dağıdılmasına yalnız hərdən-bir bəyanat verməklə kifayətlənirdi. Ermənilərin himayəçisi olan Rusiya isa susurdu... İndi ona görə də o dağıntıları görənlər başa düşürlər ki, bunların 80 faizində ağır döyüşlər getməyib, sadəcə, ermənilər var gücü ilə söküb-dağıtmaqla məşğul olub...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN