Nəhayət, ABŞ-da keçirilən prezident seçkisində bu saata qədər respublikaçıların namizədi Donald Tramp 30% daha çox səslə, demokratların namizədi Kamala Harrisdən öndədir.

Tezadlar,az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib. Belə ki, Tramp Alabama, Florida, İndiana, Arkanzas, Kentukki, Missisipi, Tennessi, Oklahoma, Cənubi Karolina, Qərbi Virciniya və ehtimal ki, Texasda qalib gəlib. Harris Vermont, Rod-Aylend, İllinoys, Massaçusets, Konnektikut, Nyu-Cersi, Delaver, Merilend ştatlarında qalib gəlib.

 Bundan əlavə, onun Miçiqan, Şimali Karolina və Virciniya ştatlarından da yüksək səs alacağı gözlənilir. Məlumata görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub. Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir. Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.

Bütün dünyanın diqqəti isə ABŞ- da cəmləşib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN