"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Yerevanla  Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edirik..."

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin öz etimadnamələrini təqdim etməsi mərasimində belə bəyan edib. Sitat: "Ermənistan və Azərbaycanla əməkdaşlığımız bu ruhda qurulur. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zaqafqaziyada möhkəm sülhün təminatı üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və 2020-2022-ci illər yüksək səviyyəli üçtərəfli razılaşmalara uyğun olaraq iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işə kömək edəcəyik".

Eləcə də Rusiya prezidenti oktyabrda Kazanda keçirilmiş BRİCS sammitində Ermənistan və Azərbaycan liderlərinin faydalı söhbətinə də diqqəti yönəldib.  "Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRİCS sammiti meydançasından istifadə edərək regionda möhkəm sülhün  və millətlərarası barışın əldə olunmasına dair  prinsipial məsələlər üzrə faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm".

Ermənistan isə hələki yuxarı baxır, Qərb və ABŞ-ı, aşağı baxır- Rusiyanı görür. Azərbaycan atalar sözündə deyildiyi kimi, iki səmtə baxan göz çəpləşər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN