Artıq rəsmi Moskvanın Gürcüstan arzusu reallqşmaqdadır...

Belə ki, "Rusiya Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılması prosesini davam etdirməyə hazırdır",- deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ria Novosti”yə müsahibəsində əlavə olaraq bildirib ki, Rusiya tərəfi Gürcüstanda keçirilən parlament seçkilərinə hörmətlə yanaşır: “Gürcü xalqı öz seçimini etdi. Biz ona hörmət edirik. Biz ikitərəfli münasibətlərin normallaşması prosesini davam etdirməyə hazırıq. ABŞ və Avropa İttifaqı süni şəkildə Gürcüstandakı hazırkı seçki prosesini Rusiya ilə Qərb arasında strateji seçim kimi təqdim etməyə çalışır. Əslində söhbət milli maraqlara əsaslanan suveren inkişaf və kənar nəzarət, ənənəvi dəyərlər və kənardan tətbiq edilən neoliberal münasibətlər arasında seçimdən gedir”.

Lavrovun sözlərinə görə, amerikalı siyasətçilərin Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxiləsi ilə bağlı açıqlamaları yalan və böhtandır.

Beləliklə, 2008- ci ildə Gürcüstan ərazisini işğal etmiş Rusiya indi də əməkdaşlıq təklif etməklə ölkəni sevindirmək istəyir. Bəs gürcü xalqı buna razıdırmı?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN