Ötən gün noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə dəvət olunub...

Bəs bu dəvətin mahiyyəti və mənası nədir? Fransa XİN-in saytındakı məlumatda deyilir: "Səfir COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və bu iradlar nəticəsində ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri xanım Anyes Pannye-Runaşenin BMT-nin bu konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasından sonra dəvət olunub. Azərbaycanın düşmənçilik hərəkətlərinə son qoyulmalıdır".

 Aha... Deyəsən, Makron daş yuxudan indi ayılıb və yadına düşüb ki, etdiyi hərəkətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev ona yerini göstərib, iradlarını çatdırıb. Amma, deyəsən, Makron yuxudan kal ayılıb. Niyə? Çünki o Azərbaycanın əleyhinə atdığı addımları, komandasının haqsız çıxışlarını, hakimi-nəslinin ermənipərəstliyini... tamamilə unudub. Amma nə yaxşı Prezident İlham Əliyev COP29-dakı çıxışı ilə onu daş yuxusundan ayıldıb, amma o hələ də yuxulu kimidir...

***

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı keçmiş müstəmləkələrinin təbii sərvətlərini və əhalisini məhv etməkdə ittiham edib. O, həmçinin prezident Makronu hazırda bu siyasəti davam etdirməkdə qınayan çıxış edib.

Bəli, adam başqasına irad bildirəndə əvvəlcə güzgüyə baxmalıdır. Özü də yaxşı-yaxşı baxmalıdır. Onda görər ki, başqasına çamur atanadək öz sifətindəki-əməlindəki çirkabı görməli və ondan xilas olmalıdır.

Uzun sözün qısası, Makron gec də olsa yaxşı bilir ki, Qarabağ Azərbaycandır və nida!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN