Xəbər verildiyi kimi, Bakı- Qroznı marşrutu üzrə uçuş həyata keçirən sərnişin təyyarəsi Çeçenistan üzərində raketlə vurulub...
Dekabrın 26-da isə Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib. Dekabrın 25-də bütün dronların Çeçenistan səmasında vurulduğunu fəxrlə elan edən də məhz bu qardaşı oğlu idi. Bu dronların arasında göyərtəsində 67 nəfərin olduğu AZAL sərnişin təyyarəsinin də olması Ramzan Kadırovu narahat etməyib.
Maraqlıdır ki, Azərbaycanın həmişə rəğbət bəslədiyi Çeçenistan rəhbərliyi Azərbaycana başsağlığı da verməyib... Görəsən niyə?
A.Məmmədli