Təxminən saat 18:00 radələrində "Azneft" dairəsindən 8 noyabr və H.Əliyev prospekti istiqamətində avtomobillərin inanılmaz sıxlığı yaranmışdır...
O dərəcədə ki, 8 noyabr prospektində tıxac "AMAY" dan başlayıb "Nargilə" dəamamlanırdı... Sonradan məlum oldu ki, Səbail rayonu, Neftçilər prospekti, "Azneft" dairəsində avtomobillərdən birində yanğın baş verib. Hadisənin şahidi olan "Təzadlar"ın əməkdaşı bildirir ki, Hadisə yerinə polis əməkdaşları gəliblər və avtomobilin söndürülməsinə cəhd edilib... Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də sonradan məlumat yaydı. Bəlli səbəbdən də Yusif Səfərov küçəsi və 8 noyabr prospekti istiqamətində tıxac yaranıb. Hazırda da bu sıxlıq davam edir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Həmçinin avtomobilin yanma səbəbi araşdırılır. Şübhəsiz ki, bu avtomobilin elektrik sistemindəki yan qoşmalardan qaynaqlanıb...
A.Məmmədli