Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.

Tezadlar.az xatırladır ki, plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan səhiyyə nazirliyində Xüsusi Təftiş Komissiyası yaradılıb. Belə ki, plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Nazirlik bildirir ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Xatırladaq ki, son aylarda çoxsaylı insanın saxta sertifikatla plastik cərrah fəaliyyəti ilə məşğul olduğu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bəzi məlumatlarda əlliyədək saxta sertifikatla fəaliyyət göstərən "plastik cərrahın" adları da açıqlanıb. Xəbərlərdə həmçinin Səhiyyə Nazirliyinin rüşvət müqabilində sertifikat verən məmurlarının həbs edildiyi bildirlib. Yanvarın 12-də xəstəsi burun çəpərinin götürülməsi əməliyyatından sonra ölən cərrah həbs edilib. Eləcə də digər xəstəxanalarda bu tip cərrahiyə əməliyyatlarına nəzarət gücləndirilib.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN