Ermənistanın Aİİ və MDB-dən ayrılması respublikadakı vəziyyətə mənfi təsir göstərə bilər.

TEZADLAR.AZ xəbər verir ki, bu fikri MDB-nin baş katibi  Sergey Lebedev deyib.

Birliyin baş katibi Sergey Lebedev vurğulayıb ki, İrəvan Aİİ və MDB ilə əməkdaşlığı kəsərsə, böyük çətinliklərlə üzləşəcək.

“Reallıq belədir: MDB ölkələri olmadan, Aİİ və MDB çərçivəsində əməkdaşlıq etmədən Ermənistana çətin olacaq.

Ermənistan xalqı üçün əlavə çətinliklər və məşəqqətlər nəyə lazımdır?  MDB ölkələri və Belarus, bildiyimə görə, Ermənistana bu qarşılıqlı   əlaqəni saxlamağa kömək etməyə hazırdır”, - deyə Sergey Lebedev açıqlayıb.

 Lebedev, həmçinin ümid etdiyini bildirib ki, İrəvanın avrointeqrasiyaya doğru yönəlməsinə baxmayaraq, MDB orbitində mühüm tərəfdaş kimi qalacaq.

 MDB-nin baş katibi Ermənistanla ABŞ arasında son razılaşma və respublikanın Aİ ilə bağlı kursu ilə bağlı da fikirlərini bildirib. Lebedevin sözlərinə görə, sazişlərin imzalanması onların həyata keçiriləcəyi anlamına gəlmir:

 "Çoxlu sənədlər imzalanır, amma hamısı icra olunmur. Sonra həyat öz düzəlişlərini edir", - deyə Sergey Lebedev vurğulayıb.

Qeyd edək ki, yanvarın 14-də İrəvan və Vaşinqton arasında ölkələr arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN