Belarusla sərhəd yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin (USQ) 15 minə yaxın hərbçisi var.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat katibi Anton Bıçkovski bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, sərhəd xidməti sayıqlığı itirmədən gücləndirilmiş variantda tapşırıqları yerinə yetirir. Eyni zamanda, Bıçkovski əlavə edib ki, son vaxtlar vəziyyət normallaşır. O, bu qənaətə gəlib ki, Ukraynanın sərhədyanı rayonlarında Ukrayna Silahlı Qüvvələrinin 15 minə yaxın hərbçisi - Milli Qvardiyanın əməkdaşları, polis və ərazi müdafiəsi nümayəndələri qeydə alınıb.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, Rusiya heç bir halda Ukraynanın Krıma nəzarəti bərpa etməsinə imkan verməyəcək. O əlavə edib ki, Qərb liderləri bu suala eyni cavabı verməyə başlayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN