Ağcabədinin Hindarx kəndində evlərin birində əl qumbarası partlaması nəticəsində bir ailənin 5 üzvü həlak olub. Tezadlar.az xatırladır ki, sosial mediada yayılan məlumata görə, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar. Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb. Qumbaranın ev sahibi Knyaz Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi iddia edilir.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.