Fələstin HƏMAS hərəkatı daha üç israilli girovu azad edəcək.
Tezadlar.az bildirir ki, bu barədə Telegram kanalında Qəssam Briqadaları təşkilatının hərbi qanadının nümayəndəsi Əbu Ubeydə məlumat verib.
Hərəkatla İsrail arasında məhbus mübadiləsi razılaşması çərçivəsində Ofer Kalderon, Keyt Sigel və Yarden Bibas azadlığa buraxılacaq. HƏMAS-ın məhbusları fevralın 1-i şənbə günü azad edəcəyi gözlənilir.
Bir gün əvvəl qrup tərəfindən saxlanılan 7 girov Qırmızı Xaç nümayəndələrinə təhvil verilib. Eyni zamanda, İsrailin 110 fələstinli məhbusu həbsdən azad edəcəyi planlaşdırılırdı.
E.ŞİRİNOV