ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində “Rusiya Ukraynanı işğal edərsə, ABŞ və onun müttəfiqləri və tərəfdaşlarının sərt cavab verəcəklərini açıq şəkildə ifadə edib”.
"Təzadlar" "Vaşinqton Post"a istinadla bildirir ki, bu barədə Ağ Ev-in administrasiyası məlumat yayıb. Bayden Rusiyanı Ukrayna ilə münasibətlərdəki gərginliyi azaltmağa çağırıb. “O, Putinə Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ABŞ və onun müttəfiqləri və tərəfdaşlarının sərt cavab verəcəklərini açıq şəkildə bildirib və qəti şəkildə deyib", deyə- Ağ Evin bəyanatında qeyd olunur.
ABŞ prezidenti ikitərəfli və çoxtərəfli formatda diplomatik danışıqlara, o cümlədən NATO-Rusiya Şurasında, eləcə də ATƏT-də 10-13 yanvarda keçiriləcək ABŞ-Rusiya strateji sabitliyə dair danışıqları dəstəklədiyini bildirib. Bayden təkrar edib ki, bu dialoqlarda əhəmiyyətli irəliləyiş yalnız Ukrayna ilə gərginliyin azaldılması ilə əldə edilə bilər, eskalasiya ilə yox.
ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin bu ay ikinci dəfədir telefonda danışırlar.
A.Məmmədli