Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışları davam edir. 

Bu barədə üç gün əvvəl Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov açıqlama vermişdi... Baş leytenant Bağırov Fuad Allahverdi oğlu əslən Şirvan şəhərindən olsa da, ailəsi ilə Gəncədə yaşayır. Onun bir qızı, bir oğlu var. Hərbçinin qızı 3 ay öncə dünyaya gəlib. Sosial şəbəkələrdə isə onun fotosu yayılıb. Lakin hələki sərt hava şəraiti baş leytenantın tapılmasını əngəlləyir. Sirr deyil ki, dekabrın 29-dan indiyədək ötən 3 gün ərzində baş leytenantın sağ qalması möcüzə ola bilər. Axtarışlar isə bu anadək təəssüf ki, nəticəsiz qalmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN