Ukrayna-Rusiya qarşıdurması qonşu dövlətlərin rəsmilərinin də müzakirə etdiyi məsələ kimi gündəmi zəbt edib...

Belə ki, Rondeli fondunun baş tədqiqatçısı, Gürcüstanın Böyük Britaniyadakı sabiq səfiri Qiorqi Badridze Ukrayna ətrafında baş verən gərginlik və qərb ölkələrinin mövqeyini şərh edib. Sabiq səfir Rusiyanın Ukraynaya qarşı gözlənilən aqressiyası baş tutarsa, 2008 və 2014-cü illə müqayisədə qərb ölkələrinin atacaqları addımın daha sərt olacağını vurğulayıb. Sabiq səfir, Rusiyanın məhz niyə bu məqamda Ukraynaya hücum etmək istəməsi bir neçə məsələ ilə əlaqədar ola biləcəyini bildirib:
"Qərbin ən böyük güc mərkəzi olan Birləşmiş Ştatların yeni prezidenti son bir il ərzində daxili polarizasiya problemi ilə mübarizə aparır. Rusiya illər ərzində qərb dəyərləri və prinsiplərinin sanki eroziyaya məruz qalması prosesini müşahidə edir. Moskva illərdir ki, bu istiaqmətdə aktiv işləyir. Həmçinin, o da faktdır ki, əvvələr Kremlin maaşı əsasında fəaliyyət göstərən və qərbdə olan bəzi tanınmış siyasi simalara yeniləri əlavə edilib. Yəqin ki, belə zəyifliklər Rusiyanın mövqeyini qüvvətləndirir. Mən bunun hazırda qərbdəki vəziyyəti tam olaraq xəbər verdiyini demirəm, ancaq fakt odur ki, illər ərzində Rusiya məqsədli şəkildə qərbə korrupsiya eksportu həyata keçirib. Bunun adı satın almaqdır. Ancaq, onu da deyim ki, bütün bunlar Putin üçün çox ciddi qeyri-düzgün hesablama ilə nəticələnə bilər.
2008-ci il (Gürcüstana qarşı müharibə) və ya 2014-cü ildə (Kırımın işğalı) həyata keçirdiyi hərbi aqressiyası ilə müqayisədə Putinin hazırkı addımlarına qərbin davranışları daha sərtdir. Bu təmamilə yetərli olmasa da əvvəlki hallarla müqayisədə adekvatdır".
Onun sözlərinə görə, bütün dünya Rusiyanın Ukraynaya hücum edib-etməyəcəyi barəsində danışarkən xatırlamaq lazımdır ki, artıq Rusiya 2014-cü ildən etibarən Ukraynanın bir hissəsini işğal edib.
"Hesab edirəm ki, Rusiyanın bu addımı atmasının iki əsas səbəbi var. Bunlardan biri Putin rejiminin ömrünün sonsuzadək uzadılması üçün zəmin yaratmaqdır. Putin rejimi ölkəni iqtisadi cəhətdən normal idarə etməyi bacarmadığı, nəhəng təbii sərvətləri xalqın firəvan yaşamasına istifadə etmədiyi üçün, bunu böyük Rusiya proyekti ilə əvəz edir. Onlar tərəfindən uydurulmuş böyük Rusiya proyekti Ukrayna olmadan heç vaxt baş tuta bilməyəcək.
Mənim fikrimcə, 20 il ərzində bacarıqsız olduğunu sübut edən bir rejimin qüvvədə qalması barədə danışmaq çox praqmatikdir. Buna görə də Rusiya xalqının düşüncəsi daimi olaraq bəzən təhlükələrlə, bəzən isə böyük Rusiya ideyası ilə məşğul olmalıdır. Rusiyanın real problemlərindən diqqəti yayındırmaq sadəcə bu yolla mümkündür.
Putinin aqressiyası qərbin bu günədək görünməmiş (müəyyən qüsurlar da olsa) birliyini ortaya qoydu. Həmçinin, bu aqressiya rusca danışan ukraynalıları əmin etdi ki, Ukrayna müstəqil olmalıdır və onlar əllərində silah, bunun üçün mübarizə aparmalıdırlar", - deyə Qiorqi Badridze əlavə edib.

Bəli, Ukrayna Rusiyanın bəlli addımlarına qarşı Avropa ölkələrinin gücü sayəsində dirəniş göstərir və bir neçə il əvvəl əldən getmiş torpaqlarının, bu sırada Krımın geri qaytarılmasına çalışır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN