Türkiyənin bölgədə nüfuzunun artması Ermənistanın siyasi rəhbərliyini də düşünməyə vadar etməkdədir...

Belə ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb. Bu barədə “CNN-TÜRK” telekanalı məlumat yayıb. Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq. O deyib ki, Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub. O, qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.

Bəli, bölgədə qonşularla mehriban münasibət olmadan inkişaf və tərəqqi yoxdur. İşğalçı Ermənistan bunu yaxşı anlayır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN