Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri emosiyasız adlandırıb.
Bu barədə o, “İrəvan”da yazıb.
"Rusiya Federasiyası ilə münasibətlərimiz həmişəkindən daha praktikdir, mərkəzdə konkret məsələlər var, emosional qablaşdırma yoxdur", - baş nazir bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığa və suverenliyə əsaslanan münasibətləri inkişaf etdirmək istəyir.
Bundan əlavə, o vurğulayıb ki, İrəvanla Avropa İttifaqı arasında münasibətlər həmişəkindən daha sıx olub. Ermənistanın baş naziri həmçinin ABŞ-ı respublikanın strateji tərəfdaşı adlandırıb. Bundan başqa, onun sözlərinə görə, İrəvanla Paris arasında dostluq möhkəmlənib və inkişaf edib.
Bundan əvvəl Ermənistan və ABŞ əməkdaşlıqda prioritet kimi strateji tərəfdaşlıq haqqında xartiya çərçivəsində İrəvanın Avroatlantik strukturlara inteqrasiyasını seçib. Ermənistan tərəfi də təhlükəsizlik və müdafiə sahəsində əlaqələri inkişaf etdirmək niyyətini açıqlayıb.
E.ŞİRİNOV