Rusiya diplomatik missiyasının məlumatına görə, azərbaycanlı turistlərin də olduğu avtobus qəzasında ümumilikdə 26 nəfər yaralanıb

Bir gün əvvəl Ras Sidr (Misirin şərqi) şəhəri yaxınlığında avtobusda qəzaya uğrayan Rusiya vətəndaşlarının həyatı üçün təhlükə yoxdur.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiyanın Qahirədəki səfirliyi məlumat verib.

“Avtobusda 30 Rusiya vətəndaşı (və daha bir neçə MDB ölkəsi vətəndaşı) olub, 26-nın həyatı üçün təhlükə yarada bilməyən xəsarətlər var”, - diplomatik nümayəndəlik vurğulayır. Səfirlik əlavə edib ki, hazırda nümayəndəlik “vəziyyəti izləyir və hər kəslə əlaqə saxlayır”, zərərçəkənlərin müalicəsi “tur operatorun nümayəndəsinin sözlərinə görə, sığorta şirkəti tərəfindən ödəniləcək”.

“Cairo24” telekanalı daha əvvəl Ras Sidra bölgəsində avtobusun iştirakı ilə baş verən qəzada rus turistlər də daxil olmaqla azı 41 nəfərin xəsarət aldığını bildirmişdi. Telekanal aşmış avtobusda Azərbaycan, Qazaxıstan və Ukraynadan olan turistlərin də olduğunu iddia edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN