Ukraynaya dünyanın əksər ölkəsindən hərbi yardımlar davam edir.

Belə ki, Britaniya da Ukraynaya 6 min raket və Ukrayna ordusu üçün 25 milyon funt-sterlinq (29 milyon avro) verəcək? Tezadlar.az xatırladır ki, bu barədə Britaniya hökuməti rəsmi məlumat yayıb. Baş nazir Boris Conson dəstək paketini bu gün NATO və G7 liderlərinin görüşlərində elan edəcək. Yeni raket paketi Britaniyanın müdafiə üçün öldürücü yardımını ikiqat artırır və cəmi 10.000 raket təşkil edir. Və ümumi maliyyə dəstəyi humanitar və iqtisadi yardımlar da daxil olmaqla 400 milyon funt-sterlinqə çatdırılıb.
Böyük Britaniya, həmçinin Rusiya və Ukraynada dezinformasiyaya qarşı mübarizə üçün BBC Dünya Xidmətinə əlavə 4,1 milyon funt sterlinq verəcək və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətlərinin araşdırılmasına kömək edəcəyini vəd edəcək.

Qərra bu gün elan edilərək dərhal icraya yönəldiləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN