Avropa İttifaqının rəhbəri Josep Borrell hesab edir ki, Rusiyanın Ukraynaya müdaxiləsinin gedişi yaxın 15 gün ərzində müəyyənləşəcək.
Tezadlar.az Reuters-ə istinadən xəbər verir ki, bunu Borrell İspaniyanın TVE telekanalına müsahibəsində deyib. Borrelin sözlərinə görə, Rusiya ordusu hərbi məqsədlərinə nail olmadığı üçün Rusiya hökuməti hələlik Ukraynada atəşkəslə bağlı danışıqlarda maraqlı deyil. “İndi Rusiya oturub nəyəsə razılaşmaq istəmir: o, yalnız ərazini işğal etmək istəyir”, - Borrell bildirib.
"O, sahildən Moldova ilə sərhədə qədər mühasirəyə almaq və Ukraynanı dənizdən təcrid etmək istəyir. O, yalnız güclü mövqe əldə etdikdən sonra ciddi danışıqlar aparmaq istəyir", - o əlavə edib. Borrelin sözlərinə görə, Avropa İttifaqı və onun müttəfiqləri Ukrayna ordusuna hərbi yardımı davam etdirəcək. "Bu vacibdir, çünki hər şey yaxın 15 gün ərzində həll olunacaq. Bu tarixə düşəcək ukraynalıların müqavimət göstərmək bacarığıdır", - Aİ-nin ali nümayəndəsi bildirib.
A.Məmmədli