Böyük Britaniyanın müdafiə qərargahının rəisi admiral Toni Radakin bəyan edib ki, Vladimir Putin Ukraynanı ələ keçirmək cəhdində fəlakətli səhvlərə yol verib.

Bu barədə general BBC-yə müsahibəsində deyib. Tezadlar.az xatırladır ki, Britaniya Silahlı Qüvvələrinin rəhbəri Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı son vəziyyəti şərh edib. Radakin bir daha təsdiqləyib ki, Putin Rusiya ordusunun hərbi qüdrəti ilə bağlı aldadılıb. Əslində, ordu Rusiya Federasiyası prezidentinin kaprizlərini yerinə yetirə bilmədi və Ukraynanı işğal etməkdə aciz oldu.
Böyük Britaniya Rusiyanın Kiyevdən uzaqlaşmasına “inanılmaz dərəcədə ehtiyatlı” yanaşır, lakin Radakin deyib ki, Kremlin səylərini Ukraynanın şərqinə və cənubuna yönəltməyə hazırlaşdığına dair kəşfiyyat məlumatları var. Sitat: "Biz bu qüvvələrin Kiyevdən qayıdıb həm Rusiyaya, həm də Belarusa geri çəkildiyinin ilk əlamətlərini görməyə başlayırıq. Bu, özlüyündə Rusiya üçün çətin manevrdir... Ukrayna Silahlı Qüvvələri ruslara hücum edəndə onlara hücum edəcək. Məqsəd budur".
Radakin qarşıdakı həftələrin də Ukrayna üçün çox çətin olacağını xəbərdar edib, lakin əlavə olaraq bildirib ki, "Ancaq bir çox cəhətdən Putin artıq məğlub olub... Putin bir sıra fəlakətli səhvlər vasitəsilə özünü pis günə qoydu".

Bəli, Rusiya mediasında və sosial şəbəkələrdə də Putinin bütün imicini itirdiyi barədə məlumatlar var: "O, özünü tarixə işğalçı kimi tanışdı...".

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN