Ukrayna Müdafiə Nazirliyinin Rusiyaya məxsus kreyser gəmisinin məhv edildiyi bildirilsə də, Rusiya bunu təkzib edirdi...

Amma indiki elmi-texniki inkişaf hədəfin nə vəziyyətdə olduğunu gizlətməyə imkan vermir. Bu mənada Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyserinin batdığı tam təsdiqini tapıb. Belə ki, Ria-Novosti də Rusiya Müdafiə Nazirliyinə istinadla verir ki, fakt doğrudur, "Moskva" batıb... Sitat: "Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb".

Halbuki Rusiya Müdafiə Nazirliyi dünən kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini xəbər vermişdi. Bundan əlavə, yenə də gəminin Ukraynanın raket zərbəsindən məhv edildiyini etiraf etmir. CNN-Türk-ün müxbiri isə bu barədə hadisə şahidlərinə istinadla bunu şərh etmişdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN