“Ukrayna tərəfi hazırda Rusiya ilə danışıqları bərpa etmək imkanını nəzərdən keçirmir. Avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin bəzi istiqamətlərdə əks-hücumundan sonra hər şey dəyişə bilər”.
UNIAN xəbər verir ki, bunu deputat, Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamia “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.
O vurğulayıb ki, Ukrayna Rusiya ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər.
Deputatın sözlərinə görə, ilk olaraq Rusiya tərəfinin fevralın 24-dək olan mövqelərə qayıtmasını təmin etmək lazımdır: “Bundan sonra bütün suveren ərazilərin, o cümlədən Krım, Donetsk və Luqansk vilayətlərinin qaytarılmasından danışmaq mümkün olacaq”.