“Türkçülük- türk millətini yüksəltmək deməkdir.” (Ziya Göyalp,”Türkçülüyün Əsasları,səh.31,”Maarif”, Bakı, 1991”)

 …Avropadakı 234 il qabaq, millətləşmə, milli demokratik dövlət quruculuğu sürəcindən fərqli olaraq, türklər millətləşmə və milli demokratik quruculuğu düşüncəsinə XX əsrin başlanğıcında gəldilər. Bu düşüncələrin sonucu olaraq Ziya Göyalp dartışılan fikirləri ümumləşdirərək “Türkçülüyün Əsasları” əsərini yazdı. Bu əsaslar üzərində Quzey Azərbaycanda 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti, keçmiş Osmanlı ərazisində isə 30 oktyabr 1923-də Türkiyə Cümhuriyyəti quruldu.

Bəs türkçülüyün keçdiyi tarixi yolda hansı siyasi proseslər diqqəti cəlb edir? «Təzadlar»ın bu və ya digər suallarını tanınmış hüquqşünas, sabiq prokuror Məmmədxan Əzizxanlı belə cavablandırdı:

-Aparıcı və qurucu milli ideoloji düşüncə olaraq türkçülük AXC dövründə (1918-1920) Quzey Azərbaycanda, Qazi Mustafa Kamal Atatürkün Cümhur Başqanlığı dövründə (1923-1938) isə Türkiyə Cümhuriyyətində əməli olaraq oluşduruldu. Çox üzüntülü ki, rusların 28.04.1920-ci ildə işğalı sonucunda Azərbaycanda türkçülük aradan qaldırıldı. M.K.Atatürkün müəmmalı (daha çox qəsdən) ölümündən sonra gələn iqtidarlar isə baş girələdi, Türkiyədə türkçülük yönündə işlər səngiməyə, dövlətin ideoloji qurluşundakı boşluqlarının yerini isə yenidən dirçəlməyə başlayan, inkişafa ciddi mane olan, millətçiliyə yad, mənfi ünsürlər –bürokratiya, korrupsiya, İslam dini, separatçı-terror təşkilatları, xarici qüvvələrdən asılılıq kimi milli dövlətin dağıdıcıları doldurdu... 

 ***

 Azərbaycanda– rus bolşeviklərinin işğalı sonucunda türkçülüklə bağlı hər şey aradan qaldırıldı, türkçülər repressiya edildi, öldürüldü. Türkiyədə isə, buna ən böyük siyasi nədən dövlətin tək partiyalı (Cümhuriyyət Halk Partiyası) sistemdə çalışaraq qalması idi. Halbuki, 1930-cu ildə Əhməd Ağaoğlunun təşəbbüsü, Fəthi Okyayın başkanlığı ilə yaradılan və  4 aydan sonra TBMM Başkanı İsmət İnönünün fitnəkarlığı, Atatürkün qərarı ilə əsassız olaraq qapadılan, CHP-yə alternativ olan Sərbəst Cümhuriyyət Firqəsi  yaradılmışdı. Ə.Ağaoğlunun fikrincə, toplum, dövlət idarəçiliyi bu iki – CHP və SCF kimi siyasi rəqib partiyaların bərabər hüquqlu yarışması əsasında demokratik idarə olunmaqla inkişaf edəcək, yönətimə yeni, sağlam qüvvələr gələcək, beləliklə, idarəçilikdə boşluq qalmayacaq, topluma yad ünsürlər doluşa bilməyəcəkdi. Çünki ictimai, siyasi alanda boşluq qalmadığından, yad ünsürlərin oluşmasına sosial ortam yarana bilməyəcəkdi. Bu, ABŞ-ın seçki sisteminin oxşarı idi.

Məmmədxan müəllim, bu gün, Azərbaycanda olduğu kimi, Türkiyədə də türkçülük bəzi sağlam düşüncəli aktiv insanların sözündə qalıb... Heç bir türk dövlətində dövləti oluşduran ictimai, ideoloji əsas türkçülük deyil… Nə baş verir?

-Artıq 21 ildir Türkiyədə dövlət resurslarından isifadə olunmaqla ərəbləşmə prosesi gedir- türklük qısıtılır, hətta irqçilik kimi qələmə verilir, İstiqlal marşı oxudulmur, Atatürkün qurduğu, dünyəvi təlim verən, elm oxudulan kənd institutları aradan qaldırılaraq, cəhalət ifraz edən mədrəsəyə çevrilir, məktəblərin, institutların sayını və keyfiyyətini artırmaq əvəzinə, cəhalətin maliyyə mənbəyi Diyanət Vəqfinin büdcəsi, məscidlərin, mədrəsələrin sayı artırılır, Qazi Mustafa Kamal Atatürkə kəm baxılır... Türklər, ərəblər tərəfindən işğal edilərək, zorla müsəlman edildikdən, yəni Ərəb İslam düşüncəsinə zorlandıqdan sonra, artıq 471 ildir, bütün alanlarda, hamıya uduzur, çağın elmi dinamik inkişafından geri qalırlar... Avropa, ABŞ, Rusiya və başqa türk rəqibləri dolayısıyla, türklərin açunlu, yəni dünyəvi dəyərlərə sahiblənib axınla, dinamik inkişaf etməmələri üçün onları ləngidə, geri sala biləcək faktor olan İslam düşüncəsinə daha çox sarılmasına, ondan ayrılmamasına çalışırlar... Çünki onlar Türkün islama qədər, dünyəvi düşüncəli qüdrətinə tarixən bələddirlər. Elə buna görə də türklərin bilim ocağı deyil, cəhalət yuvası – məscidlər tikməsinə mane olmurlar... Türklüyün, dünyəviliyin qatı düşməni, islamçı Fətullah Gülən hərəkatının ABŞ-da  yuvalanması buna bariz sübutdur. Çağdaş dünyada şəriət dövlətlərinin qurulması, fətullahçıların, birbaşa keçmiş ABŞ prezidenti R.Niksonun “Müsülman ülkelerinde demokrasi ve layiklik  olmasına izin verməyiz. Egitim sisteminin ve ülke idaresinin din temelleri üzerinde kurulması gerekyor. Başlarındakı çoban ele getirince, ölkeyi  biz yönetiriz. Bu doğrultuda tedbirler almak  zorundayız.” (FB,  “Vatanseverin  sesi.”,05.01.2017.) kimi tapşırığını yerinə yetirmək üçün yaradılması göz qabağındadır.

tdt

Əgər türkçülük Atatürkün parlaq nümunəsində olduğu kimi, hər bir türk toplumunda əməli işə çevrilməyəcəksə... onu yüz illərlə saqqız kimi çeynəməyin heç bir mənası yoxdur. Son vaxtlar Türk dövlətləri arasında yaradılan əlaqələr, birgə fəaliyyətlər ümidvericidir, ancaq bu çox azdır, planlı olaraq böyük iş birliyi, dil birliyi yaradılmalı, bütün çalışmalarımız ortaq koordinasiya olunmalıdır, yoxsa ayrılıqda başqalarının yemi olacağıq... Yeri gəlmişkən, bizim buna “Turan Dövlətinin Anayasası” adlı hazır təklifimiz var. Bu təklif Avropa Birliyindən daha mükəmməldir, dünyada analoqu yoxdur.

«Biz, özəlliyimizi qoruduğumuz qədər türkük, itirdiyimiz qədər türk deyilik, nə az, nə çox…»

Türkçülüyün dinamik olmaqla son ünvanı “Turan Dövlətinin Anayasası” ola bilər və olmalıdır da. Biz özümüzü, öz ailəmizi, öz millətimizi, öz yurdumuzu, milli özəlliklərimizi sevmək, qorumaq, gəlişdirmək, xoşbəxt yaşamaq üçün çağdaş milli demokratik dövlət qurmaq istəyirik, bu çox yaxşıdır. Ancaq, axı biz türk deyilik... çünki bizi Ərəb İslam ümmətçiliyində min ildən çoxdur zorla “üyüdüb”, uyudub, əridiblər... milli dəyərlərimizin çoxunu itirmişik, azı qalıb. Ərəbləşmişik – adımız, dilimizin çox hissəsi, dinimiz tam, ən pisi isə düşüncəmiz, yaşam tərzimiz bütünlüklə ərəbləşdirilib... Bizim bəzilərimizin düşündüyü kimi - türkləşməklə paralel ərəbləşmək mümkün deyil, çünki bu anlayışlar biri o birinin tam əksidir, barışmaz ziddiyyət təşkil edir. Bunların qarışığından devşirmə, düşüncə mulatı, manqurt, yəni ərəb ümmətçisi olur. Bu gün bizim çoxumuz bioloji türk olsaq da, düşüncəmiz Ərəb İslam dini, yəni geriçi Ərəb həyat tərzi ilə qarışıq haldadır, ona görə də bizdən normal, özünü tanıyan, monolit, gəlişmiş millətlər kimi millət olmur və ola da bilməz. Normal millət olmaq üçün biz  birey (şəxs, fərd) və millət olaraq hər cür yadlıqdan, pislikdən, gerilikdən arınmalıyıq.  Böyük türk yazıçısı Əziz Nesin deyir: “İslam Türkün başına gəlmiş ən böyük tarixi fəlakətdir.” Biz, özəlliyimizi qoruduğumuz qədər türkük, itirdiyimiz qədər türk deyilik, nə az, nə çox… Bu prinsip bütün millətlərə aiddir. Odur ki, türkçülük etmək istəyən gərək güzgünü qabağına qoyub öncə özündən başlamalı, milli özəlliklərini bərpa etməli, yadlıqdan, pislikdən, ərəb geriliyindən təmizlənməli, yəni çağla ayaqlaşan elmi, dinamik həyat tərzinə, dünyəvi, real dəyərlərə, özünə, kökünə dönməlidir.

Millətçilik birləşdirici, qoruyucu, ideoloji faktor kimi milli dövlət yaratmanın onurğası olub, sağ qalma, var olma kimi doğal ehtiyacından doğur. Dövlət yaratmanın başqa üsulları zorakılıqdır, işğaldır, burada zor azalan kimi mərkəzdənqaçma baş verir. Milli dövlətdə isə, dövlət zəifləyən kimi millətin sağ qalma ehtiyacı onu yenidən, daha təkmil qurmağa sövq, məcbur edir.

 Sonuncu iki Türk imperyası – Osmanlılar və Qacarlar Türk insanının canı, malı və həyatı bahasına qurulsa da, lakin sonradan yönətim tərkibi dəyişdirildiyinə - Osmanlılarda ərəbləşdirildiyinə, Qacarlarda isə farslaşdırıldığına görə başlarına müsibətlər gəldi… Və hər ikisində dünyəvi dövlət düşüncəsinin, ağlının Ərəb İslam geriliyinə gömülməsilə, dövlət qurucu Türk milləti hər iki dövlətdə qısıtlandığına, yönətimdən uzaqlaşdırılaraq, yalnız döyüşdə canlı qüvvə-“top əti” və tarımda ürətən kimi kullandığına, ideoloji əsası millətçilikdən sapdırılaraq, yönətici yad millətlərin sayı qədər çoxyönlü kosmopolit halına dönüşdürüldüyünə görə ilk sosial çalxalanmadaca dağıldılar... Bir sözlə, Ərəbin özəlliklərimizi yox edən, geriçi İslam ümmətçiliyindən qurtulmadan millət kimi formalaşa, millət kimi formalaşmadansa, milli demokratik, çağdaş dövlət qura bilməzsən. Sözümü Qazi Mustafa Kemal Atatürkün deyimləri ilə bitirirəm: ”Size seslenyorum,  unutmayın  ki,  en  böyük  savaş,  cehalete  ve  gerilige  karşı  yapılan  savaştır.”, “Ahlaksız bir Arabın dini görüşlerinden oluşan İslam artık ölmüştür. Beli çöldeki köçebe kabilelerine uyğun olmuş ola bilir, ama gelişmekte olan modern bir ülke için degil. Dine ihtiyac duyan bir yönətici korkakdır. Hiç bir korkak yönətici olmamalıdır.”,  “Kuran,arapoğlu Muhammedin uydurduğu bir safsafadir!” (M.K.Atatürk.Kaynak:Kazım Karabekir anlatyor. Uğur Mumçu, 5 basım, Tekin Yayınevi, İstambul,1993.).

Təqdim etdi: A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN