Kazan və Nijnekamsk hava limanları istismar zamanı Moskva vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00-da) təyyarələrin qəbulunu və buraxılışını bərpa edib, bir təyyarə alternativ aerodroma göndərilib.
Tezadlar.az bildirir ki, bu barədə Rosaviasiyanın mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.
"Kazan və Nijnekamsk (Beqişevo) hava limanlarında Moskva vaxtı ilə saat 07:00-da təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər götürülüb. Müvəqqəti məhdudiyyətlər dövründə Kazana uçan bir təyyarə alternativ aerodrom üçün yola düşüb", - məlumatda deyilir.
Müvəqqəti məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, - Rosaviatsia qeyd edib.
E.ŞİRİNOV