(Əvvəli 03.02.2025-ci il tarixli buraxılışda)

...Poemada müəllifin təfəkkür fərasəti təhtəlşüurun əsasında dayanır və bu duyğu imkan yaradır ki, yazının gedişində toplanmış təcrübə, informasiya yerini tutsun. Şair baş verənlər barədə oxumuş və özü müşahidə aparmış, hadisələri qrup-laşdırmış, tipikləşdirmişdir.

Mən deməzdim ki, Rəsul Rza Lenin siyasətinə ehtimal nəzərilə yanaşmışdır. Fizik Laplas yaxşı demişdir ki, ehtimal – dəqiqləşdirilmiş ağıllı anlaqdır. Keçmişi bu günün nəzəriylə akademik çərçivədə qiymətləndirməyi düzgün mühakimə saymıram və unutmayaq ki, hərbiçilər demişkən: keçmiş tuşlan-mış tapançaya bənzər, istədiyin anda açıla bilər. Bu aforizm əlaqəli mütəxəssislər, məmurlar, hətta ədəbiyyatşünaslar yaddan çıxarmamalıdırlar. Çağdaş sistemin kök-ləri məhz keçmişdən qidalanır. Sovet mədəniyyəti, maarifçiliyi, elmi və ilaxırda payımız yoxmudur?! İstənilən qədər. K.Prutov yazır ki, hazırkı – keçmişin nəticə-sidir, buna görə nəzərini keçmişdən ayırma, bununla özünü böyük səhvlərdən qo-ruya bilərsən.

Başqa görkəmli sənət adamları (Sovet məkanında götürürəm) kimi, Rəsul Rza da totalitar dövründə yaşamışdır, yaratmışdır. Yaradıcı şəxslərdə isə inam var-dı və bütün siyasi sistemlərdə olduğu qədər. Əgər o quruluş (sistem) sözə qiymət verirdisə (yaxud verirsə) təbii ki, onun ideologiyasına xidmət göstərməliydi. Sözün həqiqi mənasında daxili və maddi təminat – təlimat ödənilirsə... adekvat cavabını almalıdır. Tələbat insan (söz adamı) xoşbəxtliyində mühüm rol oynayır. Məşhur ingilis filosofu Holbax göstərir ki, tələbat(lar) ödənildikcə inkişaf edir və yeni-si(ləri) yaranır, belə dəyişmələr, incələşmələr nəinki insanın xoşbəxtliyinə, bütöv-lükdə cəmiyyətin həyatında müstəsnalıq yaradır. Holbax fikrində davam edir ki, bi-zim tələbatlarımız, arzularımız, fantaziyalarımız bir-birimizdən asılı edir, hər biri-mizi öz mənafeyimiz naminə başqaları üçün faydalı olmağa məcbur edir (Şolbax, İzbrannıye proizvedeniye v dvux tomax, t. I.s.324). Və “başqaları üçün” yozumu kimin (xüsusilə, yaradıcı şəxsin) nəyi bacardığını etməyə səy yaradır. Şairlərimiz məgər bu yaşanan rejimdən kənarda durmalı idilər? Şübhəsiz, tələbatların ödənil-məsi “labüd surətdə süni və ya şərti tələbatlarla əvəz olunurdu”.

r

 O rejimin şahid-ləri: S.Vurğun, S.Rüstəm, M.Rahim, O.Sarıvəlli, Ə.Cəmil və digərləri ən sanballı əsərlərini quruluşun tərifinə həsr etmişlər. Müqayisə aparsaq, müstəqilliyimizdə yaranan əsərlərin ömürlərinin harayacan gedəcəyi də sual altındadır! Və tota-litarizmin himayə elədiyi poetik əsərləri siyasiləşdirib, üstündən xətt çəkmək haq-sızlıqdır! Yaranan hər bir bədii əsərdə müəllifin mənəvi və maddi mənafeyi vardır və bu, inkaredilməzdir. Ona görə ki, bu prosesdə sevinc və əzab, xoşbəxtlik və səa-dət... yaşam motivləridir. Bir həqiqətdir ki, R.Rza da xoşbəxt anlarında, ovqatında poemanı yaza bildi. Bu gedişdə bəşəri mövzu şairin mənafe kompleksinə xidmətdə bulundu. Holbaxa qayıdıram: “Öz temperament və ideyalarından asılı olaraq hər bir insanın öz xoşbəxtlik təsəvvürlərini əlaqələndirdiyi obyekt (subyekt – A.E.) mənafedir, mənafe sadəcə olaraq hər kəsin öz xoşbəxtliyi üçün zəruri saydığı şey-dir. Buradan belə nəticə çıxır ki, mənafedən məhrum olan insan yoxdur, mənafe bütün insan hərəkətlərinin yeganə motividir”. Əgər bu yaradıcı: mənəvi və sosial motiv olmasaydı, aşağıdakı misralar doğula bilməzdi:

 Mən ilhamı bir dost kimi

imdadıma çağırmışam...

Ürəyimin ağrısından

pələng kimi bağırmışam.

Söz çıxıb ceyran dalına,

həsrət qalıb

bir müəyyəd

qafiyənin vüsalına.

On qış keçib

on bir bahar.

Şeir olunca

könlümdəki bu duyğular...

 

bu misraları “siyasət suyuna” çəkməyə hacət görmürəm. Bu misraların yü-kündə şair üçün ən böyük əzab sözün tapılmasıdır, bu da onun üçündür ki, bədii obrazı diriltsə, canlandırtsa, söz edər. Söhbət böyük şəxsiyyətdən gedir. Tutalım Lenin deyil, ən müasir istədiyimiz böyük insandan gedir – bu, fikrin sözlə təsvirini inkarmı edir?

Mən ingilis yazıçısı Corc Oçuenin (1903-1950) maraqlı fikrini xatırlatmaq istərdim ki, hər bir oxucu zövqü müqabilində nəticəyə gələ bilər: “Totalitarizmdə şəxsiyyətin qəbul etməli olduğu ideolojilər yaranır: onun hisslərini idarə etməyə və ona davranış tərzi sırımağacan atırlar. Totalitar dövlət mütləq öz tələblərinin fikir və hisslərini nəzarətdə saxlamağa çalışır, bunu ən azı onların hərəkətinə nəzarət də-rəcəsində fəal yerinə yetirir”. Bir ədəbi həqiqət odur – poetik əsərin poetikası: təsir dairəsi, məzmun çaları, məna yükü onun (əsərin) pafosunu ödəməlidir: bu isə asan-ca başa gəlmir. Şairin hissi əzabı və iztirabları – yaratmaq ehtirası hesabına başa gəlir. Tarixi faktı müəllif irəli buraxmır: hadisələr, əhvalatlar, bir şərtlə, poetik fakta çevrilsin.

Rəsul Rza poemada Leninlə bağlı epizodları yüksək poetik ehtirasla təsvir etmişdir, hər bir misradakı sözlər sanki haçandan bəri həsrətin  sorağındadır – qo-vuşsunlar bir-birinə və əsil şeiriyyətə çevrilsinlər. Belə halda fikir dar, məhdud təsvirdən uzaqlaşır. Vaxtilə R.Rza demişdir ki, “iş misraları qurmaq, onları alt-alta, pillə-pillə, yaxud bir boyda, bir biçimdə düzmək deyil. Fikir, duyğu, ifadə tərzi ye-ni, orijinal olmalıdır” (R.Rza. Mənim fikrimcə, B. 1967, s. 136).

“Lenin” poemasında (eləcə də digərlərində) əsas mübahisəli (xəyali) məsələ ədəbiyyatşünaslığın qənaətincə, bədii obraz fenomeni üzərində dayanır. Estetik yanaşmada belə ifadə olunur: Bədii obraz insanı və dünyanı özündə əks etdirən ifa-də üsuludur, inkişafın əsas meyl istiqamətlərini, xalqın, dövrün idealları təcəssü-münü obrazlarda tapır. Akademik Aslan Aslanov yazır ki, “bədii obraz fərdi tipdə nəinki müəyyən bir səciyyəvi xüsusiyyəti və keyfiyyəti, həmçinin xarakterin çox rəngarəng xassələrini və ümumi olan cəhətlərini də təcəssüm etdirir. Həyatın ümu-mi və səciyyəvi cəhətlərini əks etdirən bədii obraz bu ümumiliyi üzündən heç vaxt özünün konkretliyini itirmir. Fərdi xüsusiyyətlər və keyfiyyətlərin əhatəliliyi, çox-cəhətliyi isə bədii obrazın özülünü təşkil edən məna  və məzmunu daha zənginliyi, dolğunluğu ilə çatdırmağa kömək edir”.

Yəqin ki, mənimlə “barışmayanlar” onu da əsas gətirməyə çalışarlar – Lenin bir bolşevik lideri marksizmin ideoloqu olaraq, poemaya layiq deyil. Bu, qənaət-ləşmə ondadır: Lenin əsərdə bir fondur, Çar Rusiyasının dövlət strukturunu dağıl-mağa, ideologiyasını məhv etməyə ciddi təşəbbüs göstərməyə ömrünü tuşlamış bir insandır – bədii obrazdır. Sual da çıxır: O Çar Rusiyası deyildimi 1813 və 1828-ci illərin tarixləşmiş məşhur müqavilələrilə bir dövləti, bir milləti iki cəbhəyə ayırıb, bir-birinə qarşı çevirdi, düşmənləşdirdi!

Gəlin, azca keçmişə qayıdaq: Çar Rusiyası bizə (Azərbaycan) tarixi zərbələr vurmuşdur, yoxsa Sovet dövləti (Lenin)? Birincinin nəticəsində daha çox siyasi – dövlət varlığımızı itirmişik. Torpağımız rus generallarının tapdağına, istirahət yer-lərinə çevrilməmişmi? Neçə-neçə Cavadxanlar qətlə yetirilməmişmi? Sovetlər birliyisə elmimizin, mədəniyyətimizin inkişafına demokratik şərait yaratmışdır. Le-ninin mübarizəsi poemada bədii obraz kimi müşayiətçidir. Şair heç bir məqamda Leninə “yaxınlaşmır”, onunla kənardan seyr edir, baxır, böyük bir imperiyanın da-ğılmasında şəxsiyyətin rolunu incəsənətin estetik prinsiplərilə poetik ehtirasla təs-virə gətirir. “Giriş”dən başlayaq. Şairin ürək çırpıntısı, bir söz adamı kimi yazacağı əsərə poetik vicdanı ilə cavab verməli olduğunun məsuliyyətini nümayiş etdirir və fantomu qabarıqlaşdırır, misralar da vərəqədə dinc dayanmır, hayqırır.

 İnsan var ki,

hər əsəbi

zaman simidir.

İnsan var ki,

bir mənasız şeir kimidir.

Vəzni vardır,

ölçüsü var,

məlum boyu var.

Buz kimidir,

yaxın gəlsə hər kim,

soyudar

 

Deməli, müəllifi ilk başlanğıcdan Lenin yox, bədii obraz düşündürür, bir o qədər də İnsan fenomeni. Dünyanın möcüzəsi olan insan övladı hər bir mənfi re-jimi laxlatmağa və xalqı ilə birləşib məhv etməyə qadirdir. Bu yolu seçən obraz (Lenin və b.) çəkindiyimiz inqilab, zindan, sürgün, partiya və s. anlayışlardan kə-narda dayana bilməz. Poemaya mənfi emosiyaların (!) motivində də bu anlamlar dayanır. Adi bir tarixçiyə, intellektual oxucuya bəllidir ki, köklü, qol – budaqlı dövlət aparatını təkamül yolu ilə deyil, inqilab vasitəsilə yıxmaq mümkündür. 300 illik Romanovları “birinci”ylə dağıtmaq absurd idi!

Müqayisə aparaq: 70 illik bir sistemi hələ mövcud hakimiyyətin qeyri – leqal iradəsilə – razılığı ilə Azadlıq hərəkatı devirə bildi. Və nə qədər şəhidlər verdik. Təbiidir ki, tarixən də inqilabın ideoloqu(ları) olur, siyasi partiya yaradır, əzilən sinfin gözünü açır, hüququnu başa salır, mübarizə isə on illərlə davam edir. Belə təq-dirdə xalqı təmsil edən lideri təntənəli məişət günləri gözləmir, soyuq zindan və uzaq Sibir. R.Rza da əsərin elə ilk səhifələrindən oxucuda müəyyən təsəvvür oyadır. Lakin bütün bu təsvirlər ritorik pafosla ifadə olunmur, yüksək poetik qüd-rətlə səslənir, unutmayaq ki, söhbət traktaktdan yox, bədii əsərdən gedir:

 

Elə bil ki,

şüşədəki yarpaqların buz naxışı

qızan bahar laləsidir,

hey axışır

hey axışır...

 Paradoksdur, Kommunist Partiyası çağdaş siyasətbazların, azadlıqda əsla pa-yı olmayanların ən çox nifrətlə işlətdiyi məfhumdur. Bu gün müstəqil Azərba-ca-nımıza ləyaqətlə xidmət göstərənlər, demək olar ki, o partiyanın üzvü olmuşlar. Mən buraya sənət adamlarını da daxil edirəm. Partiya bir qrup insanların siyasi bir-liyidir: eyni siyasi və əxlaqi əqidəyə malik olanların ittifaqıdır. Dünyada qəbul olu-nan bir qurumdur və Çar hakimiyyətini devirmək naminə bu təşkilatda fəaliyyət göstərmək qəbahət sayılmırdı. Bu gün bizdə nə qədər siyasi partiyalar mövcuddur və onların lideri də həmçinin: məgər bu partiyada antipodlar, mənsəbpərəstlər, siyasətimizə fərdi maraqları ilə ləkə salanlar azmıdır? Nə üçün əsərə yaranma tari-xindən, onun mövcud siyasətindən qiymət verilməlidir? Rəsul Rzanın böyüklüyü bir də ondadır ki, gələcək dövrü(ləri) duyuq salır, partiyada ləyaqətlilərin mərkəz-ləşməsini arzulayır. Sürgün də, zindan da, cəza da bu şəxsi gözləyəcək, amma öz əqidəsindən dönməməlidir. Şair partiyaya düzgün poetik tərif verir:

 

Partiya sən,

mən,

odur

xalqın qabaq sırası.

Partiyayıq özümüz.

O, bizdən ayrı deyil.

Xalqın həyatla dolu isti nəfəsidir o,

Döyüşlərdə yaranmış,

çətin gündə sınanmış

zəfər nəğməsidir o...

Davamı var)

Allahverdi Eminov,

yazıçı-publisist

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN