Rusiya Misirlə uçuşların sayını artırmaq istəyir.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, bu istiqamətdə artıq işlər aparılır. O, həmçinin vurğulayıb ki, ümumilikdə ölkələr arasında hava nəqliyyatını sabit adlandırmaq olar, gündə təxminən 20 uçuş var.
Bundan başqa, diplomatik nümayəndəliyin rəhbəri qeyd edib ki, 2024-cü ildə bu müsəlman ölkəsinə gələn rusiyalı turistlərin sayı 2023-cü illə müqayisədə artıb.
"Təxminən, Misir Turizm Nazirliyinin açıqladığı ilk rəqəmlər təxminən 1,6 milyon insan idi", - Borisenko əlavə edib.
Bundan əvvəl rusların kütləvi şəkildə xaricə axın etdiyi bildirilirdi. 2025-ci ilin Yeni il turizm mövsümündə 2024-cü ilin qış tətili ilə müqayisədə 9 faiz çox rusiya vətəndaşı xaricə səyahət edib.
E.ŞİRİNOV