Bu gün görkəmli müğənni və bəstəkar, tanınmış ictimai və dövlət xadimi Polad Bülbüloğlunun 80 illik yubileyidir...

Yubileylə əlaqədar yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti” İB-nin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədli “Heydər Əliyev” ordeni ilə təltif olunmuş sənətkara “Bir ömrün rəngarəng dünyası” məqaləsini həsr edib. Nüşabə Məmmədli qeyd edir ki, bu böyük sənətkar və tanınmış şəxsiyyət haqqında yazmaq məsuliyyətli və çətindir. O qeyd edir ki, əsərin qəhrəmanı Azərbaycan Respublikasının və SSRİ Xalq artisti, bəstəkar, “Heydər Əliyev” ordenini  şərəflə daşıyan ictimai və siyasi xadim, müğənni, Azərbaycan estrada musiqisinin təbliğində və inkişafında böyük rolu olan Polad Bülbüloğlu dünyada tanınan şəxsiyyətdir. O, dayanmadan-durmadan, yorulmadan, öz ürəyinin odunu-alovunu, ruhunun hərarətini incəsənət aləminə qatqar verərək, estrada dünyasına Polad Bülbüloğlu dünyası qataraq böyük bir yenilik gətirir.

Nüşabə Məmmədli haqlı olaraq qeyd edir ki, Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfəni çoxları bir ömr çalışsa da verə bilməyib. Ona görə də onun ömrünün hər səhifəsini, hər gününü inamla bir ömr adlandırmaq olar.

Yazıçı Polad Bülbüloğlu müğənni, bəstəkar, nazir, səfir obrazlarını yaradıb. Onun mədəniyyət naziri olduğu zaman mədəniyyətdə olan böyük inkişafı, kitabxanaların müasirləşdirilməsini qeyd edir müəllif.

Yasəmən Məmmədli

P.S.Oxucu və izləyicilər məqaləni aşağıdakı keçiddə oxuya bilərlər: https://drive.google.com/file/d/1HBnpg_FHZWqlT3vP8ot81J3yfjSauC1x/view

 

 1-1

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN